Bu gün Azərbaycanın daha 7 güləşçisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək. Medallar uğrunda 5 kişi və 2 qadın idmançımız mübarizə aparacaq.
Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq) etimadı doğrultmağa çalışacaq. Qadınlardan isə Jalə Əliyeva (57 kq) ilə Birgül Soltanova (62 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçiləri 6 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.