Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.
Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.
Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.
BANKO KUPON ÜÇÜN
* “Real Madrid” 14 turdan sonra 35 xalla “Jirona” ilə birgə çempionatın şərikli lideridir.
* “Qranada” keçirdiyi 14 oyunda 7 xal toplamaqla 19-cu sırada qərarlaşıb.
* “Real Madrid” bu mövsüm yalnız “Rayo Valyekano” ilə oyunda qol vurmayıb.
* “Qranada” bu mövsüm keçirdiyi bütün oyunlarda qol buraxıb.
* “Real Madrid” son 4 oyunun 3-də “üst” oynayıb.
* Bu komandalar arasında keçirilən son 9 oyunun 7-i “üst” başa çatıb.
SÜRPRİZ KUPON ÜÇÜN
* 8-ci sırada qərarlaşan “Brayton” 10-cu yeri tutan “Çelsi”dən 6 xal öndədir.
* “Çelsi” evdə keçirdiyi son 5 oyunda qələbə üzünə həsrət qalıb.
* “Brayton” son 4 oyunda məğlub olmayıb.
* “Brayton” Premyer Liqada son 5 oyunda “Çelsi”yə məğlub olmayıb.
* “Brayton” çempionatda son iki oyunda “Çelsi”yə qalib gəlib.
QARIŞIQ KUPON ÜÇÜN
* “Sassuolo”nun son 3 oyunu “üst” başa çatıb.
* “Roma”nın keçirdiyi son 3 oyunun 2-i məhsuldar alınıb.
* Bu komandalar arasında baş tutan son 5 oyunun 4-də ən azı 3 qol qeydə alınıb.
* Bu mövsüm qapısında 24 top görən “Sassuolo”nu bu göstəricidə hərəyə 25 qol buraxan “Kalyari”, “Empoli” və “Salernitana” qabaqlayır.
* Bu mövsüm 25 qol vuran “Roma”nı məhsuldarlıq sarıdan yalnız “İnter”lə (30) və “Napoli” (26) qabaqlayır.
ARZULANAN KUPON ÜÇÜN
Bayer Leverkuzen – Borussiya Dortmund: 4.5 alt
* “Bayer”in oynadığı son 7 oyunun 6-ı 4,5 alt başa çatıb.
* “Borussiya”nın keçirdiyi son 3 oyunun 2-i 4,5 alt bitib.
* Ötən mövsüm bu komandalar arasında keçirilən oyunların birində 1, digərində 2 qol vurulub.
* “Bayer” Bundesliqada meydana çıxdığı son iki oyunda qol buraxmayıb.