Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

Futbolinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.

Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.

UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla 28-ci sıradadır.

Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80.998) isə üçüncü pillədə qərarlaşıb.

Shares: