Finlandiyalı pilot Valteri Bottas təqvim satışını başa çatdırdığını bildirib. Formula 1 sürücüsünün təqvimin üzərində lüt şəkilləri var.

Xatırladaq ki, pilot bunu prostat xərçəngi sahəsində araşdırmalara yardım məqsədi ilə edirdi. Finlandiyalı bir ay ərzində aksiya keçirərək kişilərə bığlarını qırxmamağı da məsləhət görmüşdü.

“Noyabr ayında verdikləri dəstəyə görə hamıya təşəkkürümü bildirirəm. İanə və təqvim satışı sayəsində Movember üçün kifayət qədər məbləğ toplaya bildik. Bu isə kimlərinsə həyatının xilas olması deməkdir. Son rəqəmlər haqqında məlumatı bir qədər sonra verəcəyik. Ancaq ən azı 150 min dollar toplanıldığını söyləyə bilərəm”, – deyə Valteri Bottas bildirib.

Qeyd edək ki, Bottas 2019-cu ildə Formula 1 üzrə Azərbaycan qran-prisinin qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp