Şahmatın rapid və blits növləri üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıb. Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib.
İki yarışın yekununa əsasən 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub. Ayan Allahverdiyeva 13,5 xalla ikinci yeri tutub. Hərəyə 13 xal toplayan Türkan Məmmədyarovayla Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərdə üstün olan Türkan Məmmədyarova turniri üçüncü yerdə başa vurub.
Qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 3000 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb.