Azərbaycan avarçəkmə yığması məşqlərini Mingəçevirdə davam etdirir.

İdmançılar qrafikə uyğun olaraq gündə iki dəfə – səhər və axşam hazırlıq keçirlər. Hazırlıqda həm akademik, həm də kayak və kanoe üzrə komandalar iştirak edir.

Qeyd edək ki, təlim-məşq toplanışları iki yöndə təşkil edilir. İdmançılar suda təcrübə və taktiki-texniki məşq edir. Konsepsiya zallarında trenajor alətlərində keçirilən məşqlər də avarçəkənlər üçün vacibdir. İdmançılar burada fiziki göstəricilərin yüksəldilməsi yönündə çalışırlar.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

Shares: