Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Shares: