4-18 dekabr tarixlərində Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ikinci qran-pri yarışı keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.
Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Heyət aşağıdakı kimidir:
Qadınlar: Nazilə İsmayılova (49 kq)
Kişilər: Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq).