Rafael Nadal yeni ildə turnirlərdə iştirak edəcəyini bəyan edib. Bu vaxta qədər onun dönəcəyi ilə bağlı məlumatları kənar adamlar yayırdılar. Bu dəfə isə tennisçinin özü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Bir illik fasilədən sonra dönməyin vaxtı çatıb. Bu səbəbdən də Brisbendəki turnirdə iştirak edəcəyimi elan edə bilərəm”, – deyə ispan yazıb.
Nadal bu ilin yanvarında “Australian Open”də aldığı zədədən sonra yarışlarda iştirak etmirdi. Tennisçi yayda bu səbəbdən əməliyyat da olunmuşdu.
Xatırladaq ki, Brisben turniri dekabrın 31-dən yanvarın 7-dək keçiriləcək.