Təyyarədə ağır çəkidə keçmiş dünya çempionu Mayk Taysondan bir neçə yumruq zərbəsi alan kişi 450 min dollar kompensasiya tələb edir. Bu barədə “Nyu-York Post” qəzeti məlumat verib.
Zərərçəkən hadisədən sonra baş və boyun ağrılarından indiyədək əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, başqa fəsadlar da var. Tələb edilən məbləği aldıqdan sonra həmin şəxs Taysona qarşı məhkəmə ərizəsini geri götürəcəyini də qeyd edib.
Xatırladaq ki, insident 2022-ci ilin aprel ayında baş verib. Məlumata görə, Taysonun arxasında əyləşən zərərçən onunla danışmaq istəyib. Mayk isə bir neçə dəfə onu sakit buraxmasını tələb edib. Növbəti belə cəhddən sonra Tayson kişinin sifətinə bir neçə zərbə endirib.