Rusiya millisinin və Bakı “Neftçi”sinin sabiq çalışdırıcısı Hacı Hacıyev Stanislav Çerçesovun Azərbaycan milli komandasına baş məşqçi təyin oluna biləcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:

“Bütün post-ittifaq respublikalarında futbol yaxşı inkişaf edir – haradasa yaxşı, haradasa daha pis. Qazaxıstan avro seçimində yaxşı çıxış etdi, Özbəkistanda çoxlu istedadlı gənclər var, Gürcüstanda isə Kvaratsxeliya var. Azərbaycanda isə belə parlaq ulduzlar, nailiyyətlər yoxdur. Orada kifayət qədər ciddi futbol oynayırlar və ona çoxlu pul qoyurlar. Onların çempionatı əvvəlkindən də ciddiləşib. Artıq rusiyalı mütəxəssisimiz Murad Musayev orada işləyir. Azərbaycan yaxşı səviyyədədir. Nəticə əldə etmək niyyəti ilə ora gedə bilərsiniz. Çerçesov isə bu yaxınlarda dedi ki, qoşulacağı komandada ambisiya və məqsədlər onun üçün önəmlidir. Azərbaycan millisinin ambisiyaları var. Əsas odur ki, Çerçesov ora gedəcəkmi? Bəlkə də maraqlanmır. Amma maraqlanırsa, deməli, orada yaxşı nəticələr əldə edə bilir. Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər, bunun üçün ilkin şərtlər var. Əgər ilkin şərtlər yoxdursa, heç bir məşqçi heç nə etməyəcək. Bunun üçün sistem qurulmalı, daxili çempionatın az-çox normal keçməsi, yaxşı oyunçu dəstəsinin hazır olması lazımdır. Rusiya çempionatında da belə mütəxəssislərə ehtiyacımız var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp