Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Murov” Yüksək Liqanın debütantı “Xarı Bülbül Laçın” komandası ilə üz-üzə gəlib.

GİN-nin Voleybol Mərkəzində təşkil olunan matç gərginliyi ilə yadda qalıb. Komandaların hərəsi iki set qazandığından qalib tay-brekdə müəyyən olunub. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” görüşün qalibi olub.

“Azərreyl” 8 xalla turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 5 xalla ikinci, hərəyə 4 xalı olan “Neftçi” və “Xarı Bülbül Laçın” komandaları üçüncü və dördüncü yerləri tuturlar. Keçirdiyi üç matçda məğlub olan MOİK-in xalı yoxdur. “Xarı Bülbül Şuşa” komandası isə hələki çempionatda oyun keçirməyib.

“Murov Az Terminal” – “Xarı Bülbül Laçın” 3:2 (25:19, 18:25, 23:25, 25:21, 16:14)

Shares: