Qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqası çərçivəsində Limassol şəhərində keçirilmiş Kipr – Azərbaycan qarşılaşmasından sonra millimizin baş məşqçisi Siyasət Əsgərov fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib:

“Qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri, hamını təbrik edirəm. Tarixi bir gün idi. Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, hətta penaltidən yararlana bilmədik. Bununla belə, vacib qələbə qazanmağı bacardıq. Qrupun son oyununda, dekabrın 5-də, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacağıq. Fürsətdən istifadə edib, bütün futbolsevərləri, azarkeşləri stadiona dəvət edirik. Gəlib qızlarımıza dəstək olsunlar”.

Shares: