Türkiyə Super Liqasında 14-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.
“Hatayspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib. Meydan sahiblərinin azərbaycanlı hücumçusu Renat Dadaşov sarı vərəqə limitini doldurduğu üçün bu oyunda iştirak etməyib.
“Fatih Karagümrük” isə evdə “İstanbulspor”a 3 cavabsız qolla qalib gəlib.
Türkiyə Super Liqası
14-cü tur
1 dekabr
Hatayspor – Antalyaspor 3:3
Qollar: Strandberq, 19. K.Alıcı, 62. Kilama, 71 – E.Yeşilyurt, 35. Buksa, 57; 88-pen.
Fatih Karagümrük – İstanbulspor 3:0
Qollar: Yensen, 45-öz qapısına. Mendes, 49. C.Keleş, 53.
2 dekabr
14:30. Alanyaspor – Konyaspor
17:00. Rizəspor – Başakşəhər
20:00. Adana Dəmirspor – Samsunspor
20:00. Pendikspor – Qalatasaray
3 dekabr
14:30. Kasımpaşa – Qaziantep
17:00. Trabzonspor – Kayserispor
20:00. Ankaragücü – Beşiktaş
4 dekabr
21:00. Fənərbaxça – Sivasspor