Bu gün Misli Premyer Liqasında 15-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.

“Araz-Naxçıvan” Mərdəkanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçı isə “Turan Tovuz”la “Sumqayıt” arasında keçiriləcək.

“Kəpəz” – “Sabah” və “Neftçi” – “Zirə” oyunları sabah, “Qarabağ” – “Qəbələ” matçı 4 dekabrda keçiriləcək.

Misli Premyer Liqası
15-ci tur

2 dekabr

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Bakı. “Dalğa Arena”, 16:00.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Tovuz şəhər stadionu, 18:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp