“Koritiba” Xese Rodrges ilə müqaviləni ləğv edib. Brazilya klubu 3 ay sıralarında olan ispan futbolçu ulə yola davam etməyi lazım bilməyib.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı cinah hücumçusu sentyabrda keçdiyi Braziliya klubunda ümidi doğrultmayıb. O, meydana çıxdığı 6 oyunda cəmi 1 qol vurub.

PSJ, “Sportinq”, “Las Palmas”, “Stok Siti”, “Ankaragücü”, “Sampdoriya”, “Betis” və “Las Palmas” kimi klublarda da oynayan “Real” yetirməsi Madriddən ayrıldıqdan sonra heç yerdə özünü doğrulda blmədi. Bir ara 30 yaşlı oyunçunun “Sabah”a keçid də müzakirə olunurdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp