Yunanıstanın “Panatinaikos” klubunun prezidenti Dimitris Yannakopulos Avroliqanı tənqid atəşinə tutub. O, son oyundakı hakimlikdən narazılığını ciddi şəkildə ifadə edib.

“Neftdən qazandıqları dollarlarla zəngin olan nə qədər ərəb milyarderi gətirsəz də, belə hakimliklə heç bir ciddi şirkət Avroliqaya sərmayə qoymayacaq. Normal kompaniya və səhmdar öz adını bu sirklə çirkləndirmək istəməz”, – deyə yunan iş adamı qeyd edib.

Xatırladaq ki, son turda Ergin Atamanın baş məşqçisi olduğu komanda səfərdə “Partizan”a 87:92 hesabı ilə məğlub olub.

Dünən keçirilən oyunlarla isə 11-ci tura yekun vurulub. Türkiyənin “Anadolu Efes” komandası səfərdə “Srvena Zvezda”ya məğlub olub. “Barselona” Fransanın “Asvel” komandasından üstün olub. İspan derbisində isə “Baskoniya” “Valensiya” üzərində qələbə qazanıb. Xatırladaq ki, bosniyalı mütəxəssis Duşko İvanoviçin gəlişindən sonra basklar son 6 oyunun 5-də qalib gəliblər.

Shares: