“Turan Tovuz” azarkeşləri narahatdır. Onlar daim “Sumqayıt”a rəğbəti ilə seçilən hakim Elçin Məsiyevin bugünkü oyuna təyin olunmasından məmnun deyil.

Futbolinfo.az xəbər verir ki, qərblilər narazılığını sosial şəbəkə vasitəsi ilə çatdırır. Onlar FİFA referisinin meydan sahiblərinə qarşı mümkün qərəzini bağışlamayacaqlarını bildirir.

“Turan Tovuz”un çılğın azarkeşlərindən biri olan Nicat Cəfərzadə bununla bağlı paylaşım edib: “Bu gün “Sumqayıt”la oyunumuza Elçin Məsiyevi baş hakim kimi təyin ediblər. Əvvəllər hakimin kimliyinə, hansı oyunlarda nə etdiyinə fikir vermirdim. Bu mövsüm “Turan” hakimlərdən çəkdiyini çəkir. “Sumqayıt”la birinci oyunumuzda verilməyən penalımız, “Qarabağ”la oyunda VAR olmasına baxmayaraq, epizodun başa çatmasını gözləməyib əlimizdən alınan təmiz qolumuz, “Səbail”lə oyunda rəqibin birinci qolunda oyundan kənar vəziyyət və rəqibin bu qoluna qədər qapıçıya göstərilməyən qırmızı vərəqə və s. epizodlar bizim potensial xallarımızın əlimizdən alınmasına gətirib çıxardı.

Qayıdım əsas məsələyə, bildiyimə görə, Elçin Məsiyevin “Sumqayıt”la yaxşı əlaqələri var, “Turan”ın “Sumqayıt”la oyununa bu hakimin verilməsi bir azarkeş kimi məni narahat edir. Bu gün oyunda baş verə biləcək ən xırda qərəzli qərar azarkeşlərin səbrinin tükənməsinə gətirib çıxaracaq, 6000 əsəbi azarkeşin qarşısını almaq da elə asan olmayacaq. Son illər bərbad idarəçiliyinizlə azarkeşləri ölkə futbolundan iyrəndirmisiniz, üzümüzü güldürən, başımızı qatan əsas məşğuliyyətimiz futboldu, heç olmasa, bunu bizə çox görməyin”.

Göründüyü kimi, AFFA, PFL rəhbərliyi görməzdən gəlsə sə, Məsiyevin hansı niyyətl hakim olduğunu hamı bilir. Onun vitse-prezident Elxan Məmmədovun sevimlii olduğunu, bu şəxsin dəstəsinə daxil olan adamların klublarını qoruduğu, düşmən saydığı klublara daim zərbə vurduğu yaxın tarixin xatrəsidir. “Sumqayıt”, “Araz-Naxçıvan” və “Səbail” heç vaxt bu hakimin qərəzli qərarlarından ziyan çəkməyib, əksinə, daim tərsi olub. Əvəzində “Sabah”, “Zirə”, “Turan Tovuz” Məsiyevin gözünə düşmən komanda kimi görünüb. Ötən mövsümlərdə “Zirə”nin başına Elçinin əliyə açılan oyunları xatırlamaq kifayətdir.

Son həftələr “Turan Tovuz”a qarşı hakim səhvləri də eyni niyyətin nəticəsidir. Qərblilərin yeni himayədarı Ehtiram Quliyev AFFA-nın Tovuzda tikdirdiyi akademiya, təmir etdiriyi stadion barədə danışarkən həqiqəti söyləmişdi. O, xərclənən milyonların qarşılığında əslində, ciddi iş görülmədiyini bildirmişdi. Və həmin vaxtdan Tovuz klubu hakimlərin əli ilə vurulur. Futbola can yandıran iş adamını bezdirmək üçün hər yola əl atılır.

İndi də Məsiyevin “Sumqayıt”la matça göndərilməsi təsadüfi deyil. Azarkeşlər ayıqdır və nələrin planlaşdırıla biləcəyini görür, xəbərdarlıq edirlər. Məsiyevin ötən mövsüm “Kəpəz”lə səfər oyununda “Sumqayıt”a qələbə qazandıran qolu sayması da kimsənin yadından çıxmayıb. Həmin vaxt o, gəncəlilərin haqqına girmiş, “kimyaçılar”ı Premyer Liqada saxlayan qərarı vermişdi. Ümid edirik ki, bu gün böyük qalmaqalın təməli qoyulmaz, Elçin meydanda ədalətli davranar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp