Sloveniyalı superulduz Luka Donçiç komandasının “Memfis Qrizliz”lə oyununu buraxıb. Bunun da səbəbi onun ata olmasıdır.

Basketbolçu sosial şəbəkə hesabında qızının dünyaya gəlməsi xəbərini paylaşıb. Körpənin adını Qabriela qoyublar.

Xatırladaq ki, Donçiç 2016-cı ildən bəri Anamariya Qomeslə münasibətdədir. Bu basketbolçu ona evlilik təklifi edib.

Donçiçin çıxış etdiyi “Dallas Maveriks” komandası bu mövsüm keçirdiyi 18 oyunun 11-də qalib gəlib. Son görüşdə komanda “Hyuston Rokets” üzərində qələbə qazanmışdı. Donçiç həmin oyunda 41 xal toplamışdı.

Shares: