Avropa Gimnastika İttifaqının Baş Assambleyası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən iclasında 2024-cü il yanvarın 1-dən Rusiya və Belarus idmançılarının və rəsmilərinin bu qurumun təşkilatçılığı altında keçirilən rəsmi yarışlara buraxılmasının əleyhinə səs verib. Bu barədə qurumun X sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd edək ki, Avropa Gimnastika İttifaqının qərarı Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qətnaməsinə ziddir. Beynəlxalq təşkilat müvafiq meyarları dərc etməklə Rusiya və Belarus idmançılarını 2024-cü il yanvarın 1-dən neytral statusda beynəlxalq yarışlara buraxmışdı.
Xatırladaq ki, FIG-in meyarlarına əsasən, idmançılar dövlət rəmzlərini nümayiş etdirmədən və bitərəf statusda fərdi yarışlarda iştirak edə bilər.