Snuker üzrə yeddiqat dünya çempionu və “Masters” seriyalı turnirlərinin yeddi dəfə qalibi olan Ronni O’Sallivan, “UK Championship”də yüz qələbə qazanan ilk idmançı olub. Cümə günü, dekabrın 1-də idmançı turnirin 1/4 finalında son freymdə qalib gəlməklə çinli Çjou Yuelonqu məğlubiyyətə uğradıb.

Bu göstəriciyə görə, O’Sallivanın ən yaxın rəqibi olan Stiv Devisin Böyük Britaniya çempionatında 88 qələbəsi var.

“UK Championship”də ən çox qələbə qazanan snukerçilər:

1. Ronni O’Sallivan – 100.

2. Stiv Devis – 88.

3. Stiven Hendri – 78.

4. Con Higgins – 78.

5. Mark Vilyams – 75.

6. Cimmi Vayt – 67.

7. Stiven Maqvayr – 66.

8. Metyu Stivens – 57.

9. Dinq Junhui – 55.

10. Con Pərrout – 55.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp