Misli Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Tovuzda “Kəpəz”lə “Sabah” arasında keçiriləcək.

Daha sonra “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
15-ci tur

3 dekabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev
Tovuz şəhər stadionu, 15:00

“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
“Neftçi Arena”, 17:00

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp