Rapid və blits üzrə dünya çempionu Maqnus Karlsen Özbəkstanda öz titulunu qorumaq fikrində olduğunu rəsmən təsdiq edib. Dünya çempionatında iştirak edəcək şahmatçıların yekun siyahısı dekabrın 11-də açıqlanacaq.

FİDE-nin məlumatına görə, Karlsendən əlavə Şəhriyar Məmmədyarov, Daniil Dubov, Nodirbek Abdusattarov, Qukeş Dommaradju, Vinsent Keymer, Yan Kşiştof Duda, Yuy Yanyi, Maksim Vaşye-Laqrav və digər güclü qrossmeysterlərin iştirakı dəqiqləşib.

Qadınlardan Aleksandra Kostenyuk, Aleksandra Qoryaçkina, Szyu Van Zyun, Tan Juni, Bibisara Assaubaeva və Xampi Koneru qeydiyyatdan keçiblər. Rapid və blits üzrə dünya çempionatı dekabrın 26-dan 30-dək Səmərqənddə keçiriləcək.

Shares: