Misli Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması paytaxt klubları arasında baş tutub.

Belə ki, “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşma “ağ-qaralar”ın qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. “Sabah” isə bu gün “Kəpəz”ə qalib gəlib – 2:0. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
15-ci tur

3 dekabr

“Neftçi” – “Zirə” 1:0
Qol: Rəhman Hacıyev, 60.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
“Neftçi Arena”, 17:00

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber
Baş məşqçi: Adrian Mutu
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp