Amil Yunanov “Səbail”dən ayrılmayacaq. Təcrübəli hücumçu bu barədə futbolinfo.az saytına açıqlamasında deyib.

Əsas heyətə düşməkdə çətinlik çəkən Amil şansını gözləmək niyyətindədir: “Əsas heyətə düşə bilmirəm. Bu mövsüm cəmi bir matçda start heyətində yer almışam. Təbii ki, öz durumumdan razı ola bilmərəm. Ancaq karyeramda dəyişiklik etməklə bağlı fikrim yoxdur. Bütün diqqətimi “Səbail”ə yönəltmişəm. Özümü burada doğrultmaq, sözümü demək istəyirəm. Çox yaxşı kollektivimiz var. İstər rəhbərlik, istər məşqçilər korpusu, istərsə də futbolçular olsun, hamı bir-birini tamamlayır. Burada nəsə etmək niyyətindəyəm”.

Yunanov qarşılarına avrokuboka vəsiqə qazanmaq tapşırığı qoyulmadığını deyir: “Açığı, qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Yenə də bacardığımız qədər yüksək pillələrdə yer almağa, oyundan-oyuna artırmağa çalışırıq. Bu gözəl kollektivin dəyərini son tura qədər daşıya bilsək, mövsümü uğurlu nəticə ilə bitirərik. “Səbail”də bu potensial var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp