İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, “Ferrari” rəhbərliyi mövsümlərarası fasilədə hər iki sürücüsü ilə yeni müqavilələr imzalamaq məsələsini həll etmək istəyir.

Lekler məsələsində söhbət 5 illik müqavilədən gedir. Hazırkı müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır.

Yeni müqavilə həm də illik maaş artımını nəzərdə tutur. Lekler hazırda “Ferrari”də ilə 25 milyon avro qazanır. Onun yeni müqaviləsinə əsasən, sözləşmənin son illərində qazanc 50 milyona yüksələcək.

Hazırkı müqaviləsi 2024-cü ilin sonuna qədər qüvvədə olan Karlos Saynsla bağlı məsələdə “Ferrari” fərqli təklif irəli sürüb.

Nəşrin xəbərinə görə, komanda Saynsla müqaviləni daha bir mövsüm – 2025-ci ilin sonuna qədər uzatmağı təklif edir. “Ferrari” bunu etməklə onun yerinə başqa pilot gətirmək niyyətindədir. Hazırda əsas hədəf Lando Norrisdir. Britaniyalı pilotun “McLaren” ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

Shares: