2026-cı il mini-futbol üzrə Avropa çempionatının keçirilmə yeri məlum olub. UEFA-nın qərarına əsasən, çempionata Laitva və Latviya ev sahibliyi edəcək. Turnirin keçirilmə tarixi tam dəqiqləşməsə də, onun yanvarın 18-dən fevralın 8-dək aralağında baş tutacağı ehtimalı var.

Oyunlar Riqa və kaunsadakı arenalarda keçiriləcək. Hər iki arena əvvəllər böyük turnirləri qəbul edib. Latviya paytaxtında 19 yaşa qədər gənclərin qitə birinciliyi, Kaunasda isə 2021-ci il dünya çempionatının 22 oyunu təşkil edilib.

Xatırladaq ki, komanda sayının artırılmasından sonra bu, ikinci Avropa çempionatıdır. Bundan əvvəlki turnir 2022-ci ildə Niderlandda baş tutmuşdu. Finalda Rusiyanı məğlub edən Portuqaliya çempion olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp