“Zirə”nin qapıçısı Tiaqo Silvanın futbolinfo.az saytına müsahibəsi

  • “Neftçi”yə məğlubiyyəti necə şərh edərsən?
  • Məncə, məğlubiyyətə layiq deyildik. 90 dəqiqə ərzində rəqibdən üstün idik. “Neftçi”nin qol imkanları az idi, cəmi bir epizod oldu ki, onda da qol vurdu. Rəqib matçı qazandı, çünki daha effektiv oldu. Amma biz meydanda göstərdiyimiz futbolla fəxr edirik. İnanırıq ki, hər zaman yaxşı oynasaq, qollar da gələcək.
  • “Qarabağ” bu gün qalib gəlsə, artıq ilk pillə ilə aranızda 4 xal fərq olacaq. Bunu sizə mənfi təsiri olacaq?
  • Artıq turnir cədvəlində birinci deyilik, amma bu bizim düşüncə tərzimizi dəyişmir. Hər oyunda yaxşı nəticə göstərmək istəyirik və avrokuboklar uğrunda sona qədər mübarizə aparacağıq. Hələ çoxlu matçlar qarşıdadır.
  • Liderliyi yenidən ələ keçirmək mümkün görünür?
  • Məncə, birinci yerə qayıtmaq olar, hər şey özümüzdən asılıdır. Amma diqqətimizi cəmləyib daha az səhv etməliyik. Bunu bacara bilsək, təbii ki, daha yaxşı olacaq. Fikrimizdə hər oyuna çıxıb daha yaxşı çıxış etməkdir.
  • Qış fasiləsinə az müddət qalıb. Bu müddətdə hədəf nə olacaq?
  • Həmişə qalib gəlmək üçün oynamaq. Məqsədimiz varsa, meydana çıxıb 3 xalı əldə etməliyik. Bu düşüncə tərzi heç zaman dəyişməməlidir. Rəqibdən asılı olmayaraq qalibiyyət yalnız bizi qane edə bilər.
  • Qarşıda həmçinin kubok oyunları var…
  • İstər çempionatda, istərsə də, kubokda məqsədimiz yalnız irəli getməkdir. Diqqətimizi cəmləməli və birləşməliyik. Əminəm ki, nailiyyətlər özü gələcək.
  • Qarşıda “Araz-Naxçıvan”la oyununuz var. İlk dövrədəki matçda bu rəqibə uduzmuşdunuz. Qisas hiss var?
  • Biz artıq göstərmişik ki, bütün komandalara qalib gəlməyə qadirik. “Araz-Naxçıvan” da fərqli deyil. Öz oyunumuzu oynamalıyıq. Mən düşünürəm ki, biz diqqətimizi tam cəmləyib meydana çıxanda uğurlu oluruq. Komandaya güvənirəm və bunu bacaracağıq.
  • FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp