Dünya reytinqinin bir nömrəsi Novak Cokoviçin “Roland Qarros”da istifadə etdiyi raketka hərracda satışa çıxarılıb. Serbiyalı tennisçiyə məxsus raketka 107 482 dollara satılıb. Maraqlıdır ki, Novak həmin raketkadan 2016-cı ildə istifadə edib.

Həmin il “Rolan Qarros” turnirinin finalında Cokoviçin rəqibi Endi Marrey idi. Oyunda matçbol zamanı serbin əlində başqa raketka olub. Həmin raketkanı o öz şəxsi kolleksiyasında saxlayıb. Əvvəlkini isə matç bitdikdən sonra tribunalardakı tamaşaçılara doğru ataraq hədiyyə edib. Raketkanı tutmağı bacaran qadın azarkeş 7 ildən sonra onu satışa çıxarıb.

Xatırladaq ki, həmin il Novak Cokoviç karyerasında ilk dəfə “Rolan Qarros”da çempionluq qazanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp