Madrid “Real”ının 20 yaşlı yarımmüdafiəçisi Cud Bellingem gələcəkdə “Golden Boy” mükafatını kimin qazana biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
“Mən üç ad çəkəcəyəm. Birincisi, Arda Güləri qeyd edərdim. O fenomendir, necə məşq etdiyini görürük və sevinirik. Sonra “Borussiya”dan keçmiş komanda yoldaşım Ceyms Bino-Gittensi deyəcəyəm. Və nəhayət, qardaşım Jobu da bu siyahıya salıram”, – deyə Bellingem bildirib.
Xatırladaq ki, “Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem İtaliyanın “Tuttosport” nəşri tərəfindən 2023-cü il üçün “Golden Boy” mükafatına layiq görülüb.
Bellingem 2023-cü ildən “kral klubu”nda çıxış edir. Futbolçunun klubla müqaviləsi 2029-cu ilə qədərdir. Onun transfer dəyəri 150 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm Bellingem bütün turnirlərdə 17 matçda iştirak edib və 15 qol vurub.