Monakoda şahzadə II Albertin şərəfinə sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatası keçirilib.
Futbolinfo.az xəbər verir ki, sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən olan 22 komandanın tərkibində 110 idmançı iştirak edib.
Azərbaycanı bu yarışda yığma komandamızın üzvü Diana Dımçenko təmsil edib.
Diana “Çağırış Kuboku-2023” reqatasında qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4000 metr məsafəyə keçirilən yürüşlərdə Diananın komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.