Madrid “Real”ının müdafiəçisi Dani Karvaxal “Qranada” ilə son çempionat oyununda diskomfort hiss edib. So ayağının əzələsində narahatlıq hiss edən futbolçu bu gün tibbi müayinədən keçib. Tibbi personaldan verilən məlumata görə, müdafiəçi ən azı bir ay meydana çıxa bilməyəcək. Həkimlər futbolçunun yanvar ayında baş tutacaq superkubok turnirinə qədər dönəcəyinə ümid edirlər. Həmin turnirdə yarımfinal oyunu yanvarın 10-na planlaşdırılıb.
Xatırladaq ki, bu mövsüm Karavaxal artıq ikinci dəfədir ki, əzələsinə görə əziyyət çəkir. Mövsümün əvvəlində o, “Union Berlin” və “Atletiko” Madrid görüşlərini məhz əzələ zədəsi səbəbilə buraxmışdı.
Qeyd edək ki, Karvaxaldan başqa “Real”ın lazaretində daha 7 futbolçu var. Bunlar Kurtua, Militao, Kamavinqa, Çuameni, Modriç, Arda və Vinisiusdur.