Luis Suares karyerasının bitəcəyi günün uzaqda olmadığını deyir. Tezliklə “İnter Mayami”yə qoşulacağı gözlənilən hücumçu bu barədə müsahibəsi zamanı deyib.

Futbolinfo.az xəbər verir ki, uruqvaylı forvard hələ oynamaq istədiyini, amma bunun uzun çəkməyəcəyini deyir: “Artıq əvvəlki qədər yaxşı deyiləm. Bədənim mənim əvəzimə danışmağa başlayıb. Oyunlar zamanı elə anlar olur ki, intuisiyamı itirdiyimi görürəm. Yaş sözünü deyir”.

Suares tezliklə qərar verməli olduğunu düşünür: “Uzun və əla karyeranın ardından yekun qərar vermək istəyirəm. Bunu ətraflı düşünməliyəm. Dincəlməyə, ailəmin yanında olmağa, həyatın dadını çıxarmağa ehtiyacım var. Daha sonra harada olacağımı zaman göstərəcək”.

2006-cı ildə “Nasional”dan Avropaya gəldikdən sonra “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və “Atletiko”da parlaq karyera yaşayan 36 yaşlı hücumçu ötən ilin yayında vətəninə – ilk klubuna qayıtmışdı. Bu ilin ilk günündə Braziliya “Qremio”suna keçən hücumçunun tezliklə MLS-ə gedib Lionel Messiyə komanda yoldaşı olacağı deyilir.

Shares: