Mikel Arteta Aaron Ramsdeylin “Arsenal”dan ayrılmasını istəmir. “Topçular”ın baş məşqçisi qışda düşərgəni tərk etməyə qərar verən qapıçını saxlamaqda israrlıdır.

Futbolinfo.az xəbər verir ki, ispan mütəxəssis ingilis qolkiperdən razıdır: “Onun bizimlə qalması vacibdir. İki yüksək səviyyəli qapıçımız var və hər ikisi qiymətlidir. Ramsdeyli başa düşürəm, daim oynamaq istəyir. Belə şansı olacaq. İstedadlıdır, bacarıqlıdır və uzun müddət birgə olacağımıza ümid edirəm”.

Ramsdeyl ötən mövsüm komandanın əsas heyət oyunçusu idi. Amma bir neçə ciddi səhvdən sonra rəhbərlk David Rayanı heyətinə qatmağa məcbur oldu. İndi isə Aaron əsas heyətə həsrət qaldığı üçün klubunu dəyişmək istəyir. Onunla bir neçə Premyer Liqa klubu maraqlanır, “Çelsi” isə yanvarda “topçular”a rəsmi təkliflə müraciət etmək niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp