Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Futbolinfo.az xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupunda yer alan “Eczacibasi Dynavit İstanbul” (Türkiyə) və “Martiza Plovdiv” (Bolqarıstan) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Bu gün baş tutacaq qarşılaşmanın hakimləri yunanıstanlı Vasileios Vasileiadis və serbiyalı Dejan Rogicdir.

Shares: