MBA-da mövsümdaxili turnirin pley-off oyunlarına start verilib. Bu gecə 2 qarşılaşma baş tutub.

Futbolinfo.az xəbər verir ki, İndiana komandası evdə “Boston Seltiks” üzərində qələbə qazanıb. “Peysers”in heyətində Tayliz Haliberton tripl-dabl edib. Qonaq komandada Teytum 32, Braun isə 30 xal toplayıb. Buna baxmayaraq, 3-cü perioddakı uğursuzluq Boston komandasının məğlubiyyətinə əsas səbəb olub.

Digər ¼ final görüşündə “Sakramento Kinqs”lə “Nyu-Orlean Pelikans” qarşılaşıb. Bu görüşdə qonaqların 2-ci perioddakı oyunu həlledici olub. “Pelikans” matçı 127:117 hesablı qələbə bitirib. Qonaqların heyətində İnqrem 30 xal toplayıb. Sakramento komandasında Sabonis tripl-dabl edib. Onun aktivində 26 xal, 13 ribaund və 10 assist var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp