“Denver Naggets” komandasının mərkəz basketbolçusu Nikola Yokiç və “Boston Seltiks”in müdafiəçisi Ceyson Teytum MBA-da öz konfranslarında oktyabr/noyabr ayları üçün ən yaxşı oyunçuları seçiliblər.

“Naggets” həmin ərəfədə 18 oyunda 12 dəfə qələbə qazanıb. Liqanın ikiqat MVP-sinin bu oyunlarda göstəriciləri orta hesabla 29 xal, 13,2 ribaund və 9,2 assit olub. Serb basketbolçunun perimetr daxilindən dəqiqlik göstəricisi 57,1% , kənarından isə 31,6 % təşkil edib.

“Seltiks” çempionat başlayandan dekabra qədər 18 oyunun 14-də qalib gəlib. Teytumun orta göstəriciləri 27,7 xal, 8,8 ribaund və 4,4 məhsuldar ötürmə olub. Müdafiəçinin perimetr daxilindən dəqiqlik göstəricisi 49,4% , kənarından isə 36,1 % təşkil edib.

Shares: