Bu gün 18 yaşadək voleybolçu oğlanlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürür.
Futbolinfo.az xəbər verir ki, Gürcüstanın Telavi şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi Polşa millisidir. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Dekabrın 9-dək davam edəcək çempionatda millimiz Gürcüstan, Ukrayna, Latviya və Estoniya komandalarına qarşı da mübarizə aparacaq.
Qeyd edək ki, Cəlil Baxtiozinin rəhbərlik etdiyi komandamıza 14 idmançı cəlb edilib.
AÇ-2024-ə seçmə xarakteri daşıyan yarışda birinci olan komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
U-18 millimizin heyəti:
Oyunçular: Rəvan Məmmədov, Turan Qəhrəmanlı, Rəvan Qəhrəmanlı, Camal Cəlilov, Məhəmməd Qurbanov, Camal Quliyev, Tural Əsgərov, Oqtay Qasımov, Nəriman Bayramlı, Okan İsayev, Muhammad Aslanlı, İbrahim Məmmədov, Məhəmmədtağı Əliyev, İlkin Hüseynli.
Baş məşqçi – Cəlil Baxtiozin
Köməkçi məşqçilər – Səbuhi Əliyev, Andrey Estrov
Menecer- Səbinə Babayeva
Həkim – Sevinc Nəcəfova