MBA daxili turnirin qalibləri üçün mükafatları nümayiş etdirib. Bunlar qalib komandaya və turnirin MVP-sinə veriləcək kuboklar, komanda oyunçularına medallar və rəmzi beşliyə təqdim ediləcək toplardır.

Komandaya təqdim ediləcək kubokun hündürlüyü 58 sm-dir. O, gümüşdən və 24 karatlıq qızıldan ibarətdir.

Ən yaxşı basketbolçuya veriləcək kubokun rəngi qara-qızılıdır. Onun iki dayaq üzərində olması konfranslara hörmət əlamətidir.

Qalib komandanın oyunçularına veriləcək medalların üzərində turnirin kubokunun forması var. Üzərində 4 basketbol topunun olması isə yarımfinala qədər irəliləyən 4 komandaya eyham vurur.

Rəmzi yığmaya seçilmiş 5 basketbolçunun hər birinə top veriləcək. O, qara xrustaldan hazırlanıb, üzərində isə qızılı tikişləri görmək mümkündür.

e1ebe4ae cc87 4226 b5b9 8ed9265f8314 - Futbolinfo.az
fa6c63e7 bc30 4e0b bd00 7f3f851974b7 - Futbolinfo.az
a4d80451 cdbc 4b30 970d 78637b71ae68 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp