Rafael Nadal Avstraliya Açıq Çempionatında qorunan reytinqlə çıxış edəcək. Zədə səbəbindən demək olar ki, bütün mövsümü buraxan və reytinqin ilk 600-lüyündən kənarda qalan ispaniyalı tennisçiyə “wild card” lazım olmayacaq.

Ondan başqa daha 6 nəfər qorunan reytinqə uyğun olaraq turnirdə iştirak edəcəklər. Bunlar Marin Çiliç, Denis Şapovalov, Milos Raoniç, Sun-Vu Kvon, Jiri Veseli, Attila Balaşdırlarşdır.

Xatırladaq ki, “Australian Open” gələn il yanvar ayının 3-cü həftəsində start götürəcək. Rafael Nadal məhz bu il keçirilən turnirdə zədələnib və ovaxtdan korta çıxmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp