Gələn il keçiriləcək Avropa çempionatında “Adidas” şirkətinin hazırladığı yüksək texnologiyaya mailk topdan istifadə ediləcək. Məlumata görə, üzərində quraşdırılmış mikroçip hücum zamanı topa əllə müdaxilə edilib-edilməyəcəyini bildirəcək. Bu sistem yeni 3D texnoligiyası ilə birlikdə real vaxtda futbolçularınn vizual obrazını canlandırmaq keyfiyyətinə malikdir.

Bundan başqa, mikroçip topa zərbənin dəqiq vaxtını da müəyyən edəcək kk, bu da hakimlərə ofsaydın yoxlanılması zamanı yardım göstərəcək.

Xatırladaq ki, Avropa çempionatı gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp