Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşan millimiz minimalhesablı qələbə qazanıb – 1:0.
Millimizin yeganə qolunu 68-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Bu millimizin Millətlər Liqasında keçirdiyi oyunlarda qazandığı ardıcıl 5-ci qələbədir.
Yekun turnir cədvəli:
- Azərbaycan – 16
- Monteneqro – 12
- Kipr – 7
- Farer adaları – 0