Formula 1 yarışlarının Madriddə keçirilməsinə razılıq verib.
İspaniya mətbuatının məlumatına görə, F1 rəhbərliyi tezliklə qran-prinin 2026-cı ildən Madriddə keçirilməsi ilə bağlı razılaşmanı elan edəcək. Yarışlar Baraxas hava limanı yaxınlığında, İFEMA mərkəzinin ətrafındakı trasda keçiriləcək. Müqavilə on il müddətinə bağlanır.
Qran-prinin təşkilində şəhər və rayon hakimiyyət orqanları iştirak edəcək. Tamaşaçılar yarışlara baxmaq üçün trassa metro da daxil olmaqla, ictimai nəqliyyatla gələ biləcəklər.
Qeyd edək ki, Barselonada keçirilən İspaniya qran-prisinin müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir. Həmin il İspaniya F1-in iki mərhələsinə ev sahibliyi edəcək, 2027-ci ildə isə Barselona təqvimdəki yerini itirəcək.