Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 4-cü turun iki oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində ilk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları çıxıblar.
Maraqlı mübarizə şəraitində keçən görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca “Murov Az Terminal” – UNEC qarşılaşması start götürüb. Bu matçda gözlənildiyi kimi “Murov Az Terminal” “quru hesabla” qalib gəlib.
“Abşeron”, “Azərreyl” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Hesabında xal olmayan UNEC isə sonuncu yerdədir.
“Milli Aviasiya Akademiyası” – “Azərreyl” 0:3 (23:25, 22:25, 17:25)
“Murov Az Terminal” – UNEC 3:0 (25:8, 25:8, 25:10)