Adı milli komandamızın baş məşqçi postuna namizədlər sırasında hallanan Fabio Kannavaro üçün daha bir variant ortaya çıxıb. Son illər italiyalı çalışdırıcılara üstünlük verən Türkiyə klublarından daha biri eyni addımı atmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, sabiq müdafiəçinin “Adana Dəmirspor”a rəhbərlik etmək variantı var. Bu barədə “Sky Sport” məlumat yayıb.
Artıq adanalıların mütəxəssislə danışıqlara başladığı deyilr. Onlar iki gün öncə istefaya göndərilən Patrik Klyuverti “Qızıl Top” sahibi ilə əvəzləmək niyyətindədir.
Kannavaronun yığmamıza gəlmək ehtimalı azalsa da, onu tez-tez xatırlamalı olacağıq. Çünki Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”da oynayır.