25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş 3 futbolçu İngiltərə Futbol Assosasiyasını məhkəməyə verib. Bu barədə “Daily Mail” məlumat ayıb.

Onlar FA-nı travmatik beyin zədələrindən kifayət qədər müdafiə etməməkdə ittiham edərək məhkəməyə verib. İlk məhkəmə iclası 2024-cü ilin yanvar ayının 16-na təyin edilib.

Kompensasiya istəyən bütün oyunçular xroniki travmatik ensefalopatiya və beyin sarsıntısı sindromu kimi daimi nevroloji zədələrdən əziyyət çəkirlər. Məlumata görə, adı açıqlanmayan futbolçuların əksəriyyətinin 60-70 yaşı var, çünki bu zaman artıq onların səhhətində problemlər yaranıb. Bununla belə, iddiaçılar arasında 30 yaşından problem yaşamağa başlayan gənc oyunçular da var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp