“Barselona” yeni qapıçı axtarışına başlayıb. İspaniya nəhəngi qış transfer dönəmində bir futbolçunun keçidni həll etməlidir.

Futbolinfo.az xəbər verir ki, buna səbəb Andre Ter Ştegenin zədələnməsidir. Almaniya millisinin qolkiperinin zədəsi gözləniləndən ağır olub. Əməliyyat olunan futbolçu ən azı fevralın sonunadək meydana çıxa bilməyəcək. Bu isə ona əvəzləyici axtarılması ilə nəticələnib.

Baş məşqçi Xavi Ernandes təcrübəli qapıçı axtarışındadır. Əsas namizədlər “Valyadolid”dən Serxio Asensio və yayda “Mançester Yunayted”dən ayrılandan bəri azad agent olan David de Xeadır. Xüsusilə sonuncunun keçidi realdır.

Xatırladaq ki, Ter Ştegenin yüngül zədəsi var idi. O, mövsümü başa vurub yyda əməliyyat olunmaq istəyirdi. Lakin milli komandanın düşərgəsində məşq zamanı kürək nahiyəsindən növbəti zərbəni alan alman qolkiperin cərrah masasına uzanması tezləşdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp