İspaniyada daha bir tarixi stadion təmirə bağlanır. “Sevilya”nın ev oyunlarını keçirdiyi “Ramon Sançes Pisxuan” tezliklə söküləcək.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi bununla bağlı qərarını qətiləşdirib. Hazırkı arena tamamilə söküləcək və yerində yenisi inşa ediləcək. Yeni texnologiyaların tətbiq ediəcəyi stadion 55 min nəfər tamaşaçı tutumuna malik olacaq.
1958-ci ildə inşa edilmiş “Ramon Sançes Pisxuan” hazırda 45 min azarkeşi qəbul edir. Arenanın dəqiq nə vaxt bağlanacağı yaxın günlərdə elan olunacaq.