UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimələyib.

Futbolinfo.az xəbər verir ki, buna yığmanın Bakıda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı AÇ-2025-in seçmə mərhələ matçının gec başlaması səbəb olub.

Milli assosiasiya buna görə 5000 avro ödəməlidir. U-21-in baş məşqçisi Samir Əliyev isə oyun gec start götürdüyü üçün xəbərdarlıq alıb. (Report)

Oktyabrın 12-də gerçəkləşən qarşılaşma Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp