Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.

Futbolinfo.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçu 21-ci əsrdə 25 yaşı tamam olmamış yüksək səviyyəli yarışlarda 300 qol vuran ilk futbolçu olub.

O, 24 yaş 333 günündə bunu reallaşdırıb. Mbappeyə qədər əsrin rekordu argentinalı Lionel Messiyə məxsus idi. Hazırda karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirən son dünya çempionu 300-cü qolunu 25 yaş 125 günündə vurub.

Neymar bunu 25 yaş 235 günündə, Kristiano Ronaldo isə 27 yaş 90 günündə reallaşdırıb.

Shares: